21:40 - 28.07.2026
28 iyul, Fineko/abc.az. SpaceX-in qiymətli kağızları ucuzlaşmağa davam edir: iyun ayındakı zirvədən bəri onlar təqribən 50% dəyər itirib, kapitallaşma isə 1,2 trilyon dollardan çox azalaraq təxminən Tesla səviyyəsinə düşüb.
İyulun 27-də səhmlər daha 1% bəndindən çox ucuzlaşaraq son 16 sessiyanın 13-də mənfi nəticə nümayiş etdirib. Buna baxmayaraq, investorların bir hissəsi qiymətin yenidən qalxacağına mərc edir, put-opsionlara (satış opsionlarına) olan tələbat isə müdafiə strategiyalarının üstünlük təşkil etdiyini göstərir.
IPO-dan sonra ilk hesabat və artıq avqust ayında lokap (satış qadağası) müddətinin başa çatması ilə əlaqədar səhmlərin 20%-ə qədərinin mümkün satışı risk olaraq qalır. Analitiklər hesab edirlər ki, kütləvi satış əhval-ruhiyyənin dəyişməsini əks etdirir: bazar getdikcə daha çox şirkətləri yüksək investisiyalara, o cümlədən süni intellektə yatırılan sərmayələrə görə "cəzalandırır".
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026