21:58 - 30.07.2026
30 iyul, Fineko/abc.az. ABŞ iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illikləşdirilmiş ifadədə 1,5% böyüyərək analitiklərin 2%-lik gözləntilərinin altında qalıb. Birinci rübdə iqtisadi artım 2,1% təşkil etmişdi.
Rüblük dalğalanmalara məruz qalan xalis ixracatın azalması ümumi göstəricini aşağı çəksə də, daxili tələb və istehlak xərcləri dinamikliyini qoruyub.
Əsas məqamlar:
İstehlak xərcləri bərpa olunub: Ölkə iqtisadiyyatının təxminən üçdə ikisini təşkil edən istehlak xərcləri II rübdə 3,2% kəskin artıb. Benzinin ucuzlaşması, vergi gəlirlərinin qaytarılması və endirim kampaniyaları ev təsərrüfatlarının xərclərini dəstəkləyib.
Süni intellektə yatırımlar drayverə çevrilib: Meta Platforms və Microsoft kimi texnologiya giqantlarının veri mərkəzlərinə və süni intellektə (AI) iri həcmli sərmayələri biznes investisiyalarının sürətlə artmasına səbəb olub.
Qlobal risklər: İqtisadiyyat Yaxın Şərqdəki münaqişə və qiymət artımlarının yaratdığı təzyiqləri daxili tələbin gücü hesabına neytrallaşdırmağa müvəffəq olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026