Kredit ittifaqları sektorunun cəmi öhdəlikləri 2,6 milyon manatdan 2,5 milyon manata düşüb

14:17 - 30.07.2026


30 iyul, Fineko/abc.az. Kredit ittifaqları sektorunun cəmi öhdəlikləri illik müqayisədə 2,6 milyon manatdan 2,5 milyon manata düşüb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi göstəricilərə istinadən xəbər verir ki, alınmış kreditlərin həcmi 2,3 milyon manatdan 2,1 milyon manata qədər azalıb.

Kredit ittifaqlarının cəmi kapitalı isə 10,1 milyon manatdan 9,4 milyon manata enib. Bu azalmada nizamnamə kapitalının 7,2 milyon manatdan 6,7 milyon manata düşməsi əsas rol oynayıb. Bununla belə, bölüşdürülməmiş mənfəət 2,9 milyon manatdan 2,7 milyon manata geriləyib.

Ötən yarımildə digər sektor bank və BOKT-lər ili böyük xalis mənfəət artımına nail ola bilsələr də kredit ittifaqları bu istiqamətdə artım edə bilmirlər. Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatlarında qeyd edildiyi kimi bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 6.1% təşkil edir. Bu keçən ilin eyni dövründə 5.8% idi.