22:29 - 28.07.2026
28 iyul, Fineko/abc.az. İran Hökumətinin sözçüsü Fatimə Muhacirani keçirdiyi mətbuat konfransında ABŞ və İsrail ilə yaşanan son münaqişə nəticəsində ölkənin gündəlik 230 milyon kubmetr təbii qaz istehsalı gücünü itirdiyini bildirib.
Hökumət rəsmisi qeyd edib ki, hücumlar zamanı qaz emalı və enerji infrastrukturlarına ciddi ziyan dəyib. İstehsalın azalması neft emalı zovadlarına və elektrik stansiyalarına verilən xammal və yanacaq həcmini kəskin şəkildə kiçildib.
Bu səbəbdən Muhacirani əhalini enerjidən qənaətlə istifadə etməyə çağırıb. Açıqlamada yanacaq qiymətlərində hər hansı artımın olmadığı və mövcud tariflərin qüvvədə qaldığı vurğulanıb.
Həmçinin, hücumlar zamanı Buşəhr hava limanının fəaliyyətinin demək olar ki, tamamen dayandığı, 350-dən çox dövlət qulluqçusunun həyatını itirdiyi, 12 körpü və 2 tunelin zədələndiyi bildirilib. Hazırda bərpa işləri çərçivəsində tunellərin nəqliyyatın hərəkəti üçün yenidən açıldığı, dağılmış körpülər üçün isə alternativ yolların təşkil edildiyi qeyd olunub.
27 İyul 2026