21:54 - 30.07.2026
30 iyul, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) nezdində Suriya Mərkəzi Bankının adına Türk lirəsi əmanət hesabı açılması məqsədilə iki ölkənin baş bankı arasında saziş imzalanıb.
Sənədi Dəməşqdə TCMB sədri Fatih Karahan və Suriya Mərkəzi Bankının başçısı Məhəmməd Səfvət Rəslan imzalayıblar. Tərəflər bu addımın iki ölkə arasında iqtisadi əməkdaşlığı və rifahı gücləndirəcəyini vurğulayıblar.