Azərbaycanın xarici borcu strateji valyuta ehtiyatlarımızı 18,6 dəfə üstələyir

11:53 - 30.07.2026


30 iyul, Fineko/abc.az. Bu ilin iyulun 1-i tarixinə Azərbaycanın xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib.

ABC.AZ xəbər verir ki, həmin tarixə xarici dövlət borcu portfelinin 35,7%-i Asiya İnkişaf Bankının, 30%-i avrobondların, 12,9%-i Dünya Bankının, 21,4%-i isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

İyulunun 1-nə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,6 dəfə üstələyir.