10:23 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5% səviyyəsində dəyişməz saxlanılması barədə qərar qəbul edib.
Mərkəzi Bankın məlumatına əsasən, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.
Qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarındakı proseslər nəzərə alınıb. AMB-dən bildirilib ki, inflyasiya proqnozunun yüksəlməsi pul siyasətinin sərtləşdirilməsini tələb etsə də, valyuta bazarında təklifin tələbi üstələməsi yumşalmaya zəmin yaradır və bu iki amil bir-birini tarazlaşdırır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar sentyabrın 23-də ictimaiyyətə açıqlanacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026