14:31 - 30.07.2026
30 iyul, Fineko/abc.az. “Kredit Servis” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 250 min manat və ya 19,5 % azaldıb.
ABC.AZ xəbər verir ki, təşkilatın nizamnamə kapitalı 1 milyon 282 min 934 manatdan 1 milyon 32 min 934 manata endirilib.
“Kredit Servis” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Kredit Servis” BOKT 2024-cü ili 64 min manat xalis mənfəətlə başa vurub. Hesabat dövründə qurumun aktivləri 15,2% artaraq 1,6 milyon manatı ötüb, öhdəlikləri isə 513% artımla 261 min manata yüksəlib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026