06:00 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Qlobal çip və yaddaş komponentləri bazarında yaşanan tarixi tədarük böhranı səbəbindən "Apple" şirkəti istehsal xərclərini kompensasiya etmək məqsədilə dünya rəsmi internet mağazalarında qiymətləri yuxarı çəkib.
ABC.AZ xəbər verir ki, yeni qiymət tənzimlənməsi "Mac" kompüterlərini, "iPad" planşetlərini, ev ekosistemi avadanlıqlarını və "Vision Pro" qarışıq reallıq qulaqlıqlarını əhatə edib.
Yeni qiymət strategiyasının əsas göstəriciləri:
Kompüter seqmenti ("Mac"): Ən yeni "MacBook Neo" modelinin başlanğıc qiyməti 599 dollardan 699 dollara (Touch ID modeli 799 dollara), "MacBook Air" 1299 dollara, 14 düymlük "MacBook Pro" 1999 dollara, 16 düymlük model isə 2999 dollara (maksimal komplektasiyada 9999 dollara) yüksəlib. "iMac" 1499 dollar, "Mac Studio" isə 2499 dollar olub.
Planşet seqmenti ("iPad"): 11 düymlük "iPad Pro"nun qiyməti 999 dollardan 1199 dollara, 13 düymlük model isə 1499 dollara çatıb. "iPad Air" 749 dollar, baza model "iPad" 449 dollar, "iPad mini" isə 599 dollar təşkil edir.
Ev və lüks seqment: "HomePod" 349 dollar, "HomePod mini" 129 dollar, "Apple TV" 199 dollar olub. "Apple Vision Pro" başlığının başlanğıc qiyməti 3699 dollara, 1 TB-lıq versiyası isə 4199 dollara fırlayıb.
Qeyd edək ki, bu kütləvi zam dalğasında "iPhone" smartfonları, "Apple Watch" ağıllı saatları və "AirPods" qulaqlıqlarının qiymətləri dəyişməz saxlanılıb.
24 İyun 2026
25 İyun 2026