10:44 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Bank sektorunun kredit portfeli may ayı ərzində 276.6 mln. manat və ya 0.9% artaraq 30.89 mlrd. manata çatıb.
Kreditlərin 16.40 mlrd. manatı biznes, 9.78 mlrd. manatı istehlak, 4.71 mlrd. manatı isə ipoteka kreditlərinin payına düşüb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. May ərzində bank sektorunun aktivləri 3.2%, öhdəlikləri isə 3.9% artıb.
Bankların öhdəliklərində əsas payı depozitlər təşkil edib. Mayın sonuna depozit portfeli 38.55 mlrd. manata çataraq ümumi öhdəliklərin 74.7%-ni formalaşdırıb.
Bunun 21.12 mlrd. manatı hüquqi şəxslərin, 17.43 mlrd. manatı isə fiziki şəxslərin depozitləri olub.
Fiziki şəxslərin əmanətlərinin 12.26 mlrd. manatı və ya 70.4%-i milli valyutada saxlanılıb. Müddətli əmanətlər fiziki şəxslərin ümumi əmanətlərinin 64.4%-ni təşkil edib. May ayında müddətli əmanətlər 235.3 mln. manat və ya 2.1% artsa da, tələbli əmanətlər 81.3 mln. manat və ya 1.3% azalıb.
24 İyun 2026
24 İyun 2026