19:24 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Polşa şirkətləri Ukraynanın bərpasında fəal iştirak etməyi planlaşdırır və əsas diqqəti tikinti, energetika, maliyyə, logistika, sığorta və sənaye sektorlarına yönəldir.
ABC.AZ xəbər verir ki, Dünya Bankının qiymətləndirməsinə əsasən, ölkənin bərpası üçün təxminən 588 milyard dollar tələb oluna bilər. Ən böyük xərclər isə mənzil, nəqliyyat, energetika, sənaye və kənd təsərrüfatı sahələrinə yönələcək.
2023-cü ilin sonuna Polşanın Ukraynaya investisiyaları 780 milyon dollar təşkil edib, müharibənin başlanmasından bu yana isə təxminən 300 Polşa kapitallı şirkət yaradılıb ki, bu da Polşanın gələcək bərpa prosesində rolunu gücləndirir.
24 İyun 2026
24 İyun 2026
24 İyun 2026
22 İyun 2026
22 İyun 2026