16:15 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Azərbaycanda bəzi dövlət qurumları öz statistik məlumatlarını paylaşmırlar.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu isə bazarın real vəziyyətinin müəyyənləşdirilməsini və obyektiv qiymətləndirmələrin aparılmasını çətinləşdirir.
N. İbrahimov bildirib ki, Azərbaycanda qiymətləndirmə sektorunun əsas problemlərindən biri etibarlı məlumat bazasının olmamasıdır:
"Uzun illər qiymətləndirmə fəaliyyətinin tənzimlənməməsi bazarda bir sıra problemlərin yaranmasına səbəb olub: "Bu problemlər arasında qiymətləndirmə üçün zəruri olan etibarlı və geniş məlumat bazasının olmaması xüsusi yer tutur. Qiymətləndiricilər hazırda əsasən satışa çıxarılan əmlaklar üzrə açıq mənbələrdə yerləşdirilən məlumatlardan istifadə edirlər. Halbuki, beynəlxalq qiymətləndirmə standartlarına uyğun fəaliyyət üçün real bazar əməliyyatları və statistik göstəricilər əsasında formalaşdırılmış məlumat bazasına ehtiyac var".
Palata sədrinin fikrincə, məhz bu səbəbdən Palata qiymətləndirmə bazarına dair geniş məlumat bazasının yaradılmasına başlayıb:
"Hazırda bazardan toplanan məlumatlar sistemləşdirilir, təhlil edilir və onların əsasında analitik hesabatlar hazırlanır. Bundan başqa, Palata daşınmaz əmlak, nəqliyyat və tikinti sektorları üzrə bazar indeksləri də formalaşdırıb. Bu indekslərin qiymətləndiricilərin fəaliyyətinin dəstəklənməsinə, bazardakı tendensiyaların izlənilməsinə və daha dəqiq qiymətləndirmələrin aparılmasına xidmət edir".
24 İyun 2026
24 İyun 2026
24 İyun 2026
22 İyun 2026
22 İyun 2026