12:20 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ilin qalan dövründə bank sektorunda izafi likvidliyin daha da artacağını proqnozlaşdırır.
ABC.AZ tənzimləyiciyə istinadən xəbər verir ki, təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə (6,5%) yaxın səviyyədə formalaşır.
Belə ki, AZIR (Azerbaijan Interbank Rate) dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin mart ayının sonundan başlayaraq 6.43-6.44% intervalında olub.
AMB izafi likvidlik şəraitində AZIR dərəcəsini idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir.
May ayının sonuna sterilizasiya portfelində bu əməliyyatların payı 88,7% təşkil edib. Bununla yanaşı, may və iyun aylarında keçirilən hərraclarda bütün müddətlər üzrə AMB notlarının gəlirliliyində azalma meyili müşahidə olunub.
17 Avqust 2026
15 Avqust 2026