Bu ölkədə turizm rekord səviyyəyə çatıb: xərclər $81 mlrd-ı keçib

17:30 - 19.06.2026


19 iyun, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Turizm Nazirliyi bildirib ki, 2025-ci ildə turizm üzrə ümumi xərclər rekord 304 milyard riyala (81,1 milyard dollar) çatıb, turistlərin sayı isə 123 milyona yüksəlib.

ABC.AZ xəbər verir ki, sektor “Vision 2030” çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsinə çevrilib: təxminən 1,03 milyon iş yeri yaradılıb və artıq ÜDM-də və xidmət ixracında əhəmiyyətli paya malikdir.

Artım həm daxili, həm də xarici turizm hesabına baş verib, eyni zamanda qeyri-dini səyahətlərin rolu və əyləncə, mədəniyyət və investisiya layihələri də güclənib.