15:24 - 19.06.2026
19 iyun, Fineko/abc.az. “Hyundai Motor” “SoftBank”a məxsus “Boston Dynamics” şirkətinin qalan 9,65% səhmini 325 milyon dollara almağı planlaşdırır. Bununla şirkət ABŞ robototexnika şirkətini tam törəmə strukturuna çevirmək istəyir.
ABC.AZ xəbər verir ki, bu barədə Cənubi Koreyanın Maeil Business Newspaper qəzeti məlumat yayıb.
Məlumata görə, “Hyundai Motor”un Direktorlar Şurası sövdələşməni 22 iyun iclasında təsdiqləyə bilər.
Bildirilir ki, “SoftBank” əvvəlcədən razılaşma çərçivəsində qalan payını satmaq üçün opsiondan istifadə etmək niyyətini “Hyundai”a bildirib. Bu hüquq “Boston Dynamics”in nəzarət paketi Koreya avtomobil konserninə satılarkən razılaşdırılmışdı.
Hazırda “Hyundai Motor Group”, o cümlədən İdarə Heyətinin sədri Euisun Chung, həmçinin “Hyundai Motor”, “Kia”, “Hyundai Mobis” və “Hyundai Glovis” şirkətləri “Boston Dynamics”in 90%-dən çoxuna nəzarət edir.