11:59 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Tramp administrasiyası İrana Qətərdə saxlanılan 6 milyard dollar həcmində dondurulmuş vəsaitə mərhələli şəkildə çıxış imkanı verməyi planlaşdırır. Bu vəsait ABŞ istehsalı olan humanitar malların alınmasına yönəldiləcək.
ABC.AZ xəbər verir ki, bu addım razılaşmalara əməl edilməsi və nüvə danışıqlarında iştirak qarşılığında təklif olunan maliyyə paketinin bir hissəsidir.
Vəsaitlərin açılması danışıqların gedişindən və 60 günlük atəşkəsin şərtlərindən asılı olacaq.
Bundan əlavə, neft ixracına tətbiq olunan sanksiyaların müvəqqəti olaraq yumşaldılması və dəniz blokadasının zəiflədilməsi də nəzərdən keçirilir.
Ümumilikdə, İran 12 milyard dollara qədər dondurulmuş aktivlərin açılmasına ümid edir, lakin Yaxın Şərqdə gərginliyin artmasına görə əvvəllər bu vəsaitlərə çıxış məhdudlaşdırılmışdı.
20 İyun 2026
19 İyun 2026
19 İyun 2026
18 İyun 2026