12:07 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Dünyanın ən iri kriptovalyuta birjası “Binance” artıq gələn aydan Avropa İttifaqı bazarına çıxışını itirə bilər: Yeni MiCA qaydalarına əsasən lisenziya üçün müraciəti, ehtimal ki, rədd ediləcəkdir.
ABC.AZ xəbər verir ki, Aİ qaydalarına əsasən kriptovalyuta şirkətləri iyunun sonuna qədər lisenziya almalıdır, əks halda ittifaq daxilində müştərilərə xidmət göstərə bilməyəcəklər. Yunanıstan tənzimləyicisinin qərarı mənfi olarsa, “Binance” iyul ayından etibarən Aİ-də fəaliyyət hüququnu itirəcək və müştərilərinin taleyi qeyri-müəyyən qalacaq.
Şirkət bütün tələbləri yerinə yetirdiyini və mümkün pozuntuları minimuma endirməyə çalışdığını bildirir, lakin lisenziya prosesindəki gecikmələr platformanı Avropa bazarından çıxmağa məcbur edə bilər.