16:50 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Qazaxıstan Ələt Azad İqtisadi Zonasındakı (Azərbaycan) obyektlər də daxil olmaqla, xaricdə terminal şəbəkəsinin tikintisini sürətləndirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti məlumat yayıb.
Bildirilib ki, Baş nazir Oljas Bektenov Nəqliyyat Nazirliyinə KTJ şirkəti ilə birlikdə 1 iyul 2027-ci ilədək o cümlədən Astanada və xaricdə terminallar şəbəkəsinin inkişafını başa çatdırmağı tapşırıb.
Söhbət Qazaxıstanın tranzit potensialını gücləndirməyə və yeni yük axınlarını cəlb etməyə yönəlmiş Ələt, Svisloç, Selyatino, Budapeşt, Çendu və Konstansadakı layihələrdən gedir.
“Son illərdə dəmir yolu infrastrukturunun inkişafı artıq başlanmış layihələrin tamamlanmasına cəmlənmişdi. Həmçinin vaqon və lokomotiv parkının yenilənməsi üzrə planlar müəyyən edilib. İndi infrastrukturun gələcək inkişafına keçmək lazımdır. Xüsusilə də, yük axınlarının Qazaxıstan ərazisindən yenidən istiqamətləndirilməsinə yönəlmiş beynəlxalq terminal şəbəkəsini genişləndirmək lazımdır”, – Oljas Bektenov qeyd edib.
Baş nazirin sözlərinə görə, bu layihələrin həyata keçirilməsi Qazaxıstanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
©Report
16 İyun 2026
16 İyun 2026
15 İyun 2026