21:56 - 27.08.2026
27 avqust 2026-cı il, Fineko/abc.az. ABŞ Əmək Departamenti həftəlik işsizlik müavinəti müraciətlərinə dair statistik göstəriciləri açıqlayıb.
Məlumata görə, avqustun 22-də başa çatan həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 4 min nəfər azalaraq 203 minə düşüb. Analitiklərin bazar gözləntisi bu göstəricinin 208 min səviyyəsində olacağı yönündə idi. Əvvəlki həftənin göstəricisi isə 206 mindən 207 minə dəqiqləşdirilib.
Ötən həftə üzrə 4 həftəlik orta göstərici 1 250 nəfər artaraq 205 min 500-ə yüksəlib. Avqustun 15-də başa çatan həftə üzrə təkrar işsizlik müavinəti müraciətlərinin sayısı isə 18 min nəfər azalaraq 1 milyon 778 min səviyyəsinə enib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026