14:07 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Ukrayna 2028-ci ilə qədər bank və sığorta sektorunu Avropa İttifaqı standartlarına uyğunlaşdırmaq və Avropaya iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə islahatları gücləndirir.
ABC.AZ xəbər verir ki, Ukrayna Mərkəzi Bankının rəhbəri bildirib ki, ölkənin bank sistemi artıq Aİ normalarına təxminən 78% uyğundur və sabit, kapitallaşmış vəziyyətdədir.
Sığorta sektorunda uyğunluq səviyyəsi isə təxminən 55% təşkil edir və bu sahədə şəffaflıq və dayanıqlığın artırılması üçün genişmiqyaslı islahat aparılır.
Eyni zamanda maliyyə sisteminin möhkəmləndirilməsi və kapitalın sərbəst hərəkətinə hazırlıq üçün 50-dən çox qanun və normativ aktın qəbulunu nəzərdə tutan qanunvericilik planı həyata keçirilir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026