20:53 - 15.06.2026
15 iyun, Fineko/abc.az. ABŞ və İran arasında uzun müddətdir gözlənilən Anlaşma Memorandumu hər iki tərəfin ali rəhbərliyi tərəfindən rəsmən imzalanıb.
ABC.AZ ABŞ-ın yüksək rütbəli rəsmisinin verdiyi eksklüziv bəyanata istinadən xəbər verir ki, sənədi ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens (JD Vance), İran tərəfindən isə parlamentin (Məclisin) sədri Məhəmməd Baqir Qalibaf imzalayıb. Sazişin bütün detallarının yaxın 24-48 saat ərzində ictimaiyyətə açıqlanacağı bildirilib.
Sazişin ilk məlum olan mühüm bəndləri:
300 milyard dollarlıq nəhəng fond: İmzalanan memoranduma əsasən, sanksiyalardan və müharibə şəraitindən zərər çəkmiş İran iqtisadiyyatının və infrastrukturunun yenidən qurulması (bərpası) üçün 300 milyard dollar həcmində xüsusi fond təsis edilir.
Texniki görüşlər başlayır: Memorandun icra mexanizmlərini tənzimləmək məqsədilə iki ölkənin nümayəndə heyətləri arasında texniki danışıqlara bu həftə daxilində start veriləcək.
Hörmüz boğazında gəmi bumu: ABŞ rəsmisi həmçinin qeyd edib ki, sazişin qüvvəyə minməsi ilə yaxın bir neçə həftə ərzində Hörmüz boğazından keçən dəniz ticarəti və tanker trafiki rekord səviyyədə artacaq.