19:00 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarının şaxələndirilməsi (diversifikasiyası) və idarəetmə mexanizminin strukturuna dair təsnifatı açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabat ilində ehtiyatlar iki əsas tranşa bölünüb: pul siyasətini dəstəkləyən əməliyyat tranşı və gəlirliliyin artırılmasına xidmət edən investisiya tranşı.
Ötən ilin sonuna rəsmi valyuta ehtiyatlarının valyuta coğrafiyası və strukturu növbəti qaydada formalaşıb:
ABŞ dolları: 93% (portfelin mütləq əksəriyyəti);
SDR (BVF-nin xüsusi borcalma hüquqları): 6%;
Çin yuanı və Qətər rialı: 1%.
Mərkəzi Bank vəsaitlərin təhlükəsizliyini təmin etmək üçün onları yalnız yüksək investisiya dərəcəli kredit reytinqinə malik xarici dövlətlərin və kvazi-dövlət qurumlarının borc öhdəliklərinə (görəclərinə) yatırıb.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026