21:30 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) Yaxın Şərqdəki müharibənin inflyasiya təzyiqlərinin davam etdiyi bir şəraitdə daxili tələbatın zəifləməsini əsas gətirərək uçot dərəcəsini sabit saxlayıb.
ABC.AZ "Bloomberg HT"yə istinadən xəbər verir ki, Mərkəzi Bankın Pul Siyasəti Komitəsi gözlənildiyi kimi siyasət faizini (birhəftəlik repo dərəcəsi) %37 səviyyəsində dəyişməz buraxıb.
Faiz dəhlizinin parametrləri:
Gecəlik borclanma dərəcəsi: %35,5 səviyyəsində sabit saxlanılıb.
Gecəlik borc vermə dərəcəsi: %40,0 səviyyəsində saxlanılıb.
Qərar metninin əsas iqtisadi tezisləri:
İqtisadi fəallıqda yavaşlama: Birinci rübün məlumatları və öncül göstəricilər ölkədə daxili tələbatın zəiflədiyini və iqtisadi fəallığın yavaşlamağa davam etdiyini göstərir.
İnflyasiya trendi: Aprel ayında enerji qiymətlərinin təsiri ilə yüksələn inflyasiyanın əsas meyli may ayında bir qədər geriləyib. Lakin geosiyasi gərginlik səbəbindən enerji bazarlarında risklər yüksək qalır.
Sərt pul siyasətinə davam: TCMB inflyasiya görünüşündə qalıcı pisləşmə qeydə alınarsa, pul siyasətini daha da sərtləşdirəcəyini bəyan edib. Likvidlik şərtləri yaxından izləniləcək və lazım gəldikdə əlavə makro-prudensial addımlar atılacaqdır.
10 İyun 2026
10 İyun 2026