23:00 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) açıqladığı məlumatlara əsasən, 2026-cı ilin birinci rübündə ölkənin ümumi ümumi (brüt) xarici borc stoku əvvəlki rüblə müqayisədə 0,4% azalaraq 518,5 milyard dollara geriləyib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə qısamüddətli xarici borclar 0,5% azalaraq 166,6 milyard dollar, uzunmüddətli xarici borclar isə 0,3% azalaraq 351,9 milyard dollar təşkil edib.
Sektorlar üzrə borc bölgüsü:
Dövlət sektoru: 3,3% azalaraq 192,2 milyard dollar;
Özəl sektor: 1,8% artaraq 302,1 milyard dollar;
Mərkəzi Bankın öhdəlikləri: 2,9% azalaraq 24,3 milyard dollar.
Valyuta strukturu və ödənişlər: Xarici borcun 48,7%-i ABŞ dolları, 29,5%-i avro, 11,7%-i türk lirəsi (TL) və 10,2%-i digər valyutaların payına düşüb. Ödəniş qrafikinə görə, əsas borc qaytarmaları 24 ay və daha yuxarı müddətlərdə cəmləşib. 0–12 aylıq qısamüddətli dövrdə isə ödənişlərin böyük hissəsi özəl sektorun kreditlərindən qaynaqlanır.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026