09:58 - 2.06.2026
2 iyun, Fineko/abc.az. “Avrasiya-Kredit” MMC BOKT 2025-ci ili 484 min manat xalis mənfəətlə başa vurub. Bu, kredit təşkilatının 2024-cü ildə əldə etdiyi nəticə ilə müqayisədə 30.8% azdır.
Halbuki, ötən il qurumun vergidən əvvəlki mənfəəti 30.7% azalaraq 605 min manat, mənfəət vergisi xərci isə 30.9% azalaraq 121 min manat təşkil edib.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, mənfəətin azalmasına baxmayaraq, “Avrasiya-Kredit” fəaliyyətini genişləndirməyə davam edib.
2026-cı il yanvarın 1-nə BOKT-un aktivləri illik müqayisədə 11.1% artaraq 5.19 mln. manata çatıb. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli isə 4% böyüyərək 4.53 mln. manata yüksəlib.
Hesabat dövründə BOKT-un öhdəlikləri 8.1% artaraq 483 min manata çatıb. Buna paralel olaraq, balans kapitalı da 11.4% artım göstərərək 4.71 mln. manat olub.