18:45 - 25.05.2026
25 may, Fineko/abc.az. Peyk internet xidməti “Starlink” mayın 25-də Qırğızıstanda rəsmi olaraq istifadəyə verilib. Layihənin tərəfdaşı olan Elkat xidmətin aktiv mərhələyə keçdiyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, fərdi istifadəçilər üçün aylıq abunə haqqı 10 min somdan başlayır, “Starlink Mini” avadanlıq dəstinin qiyməti isə təxminən 36 min som təşkil edir. Xidmətin ucqar bölgələrdə yüksək sürətli internet təmin edəcəyi, həmçinin məktəb və tibb müəssisələrinin rəqəmsal resurslara qoşulmasına imkan yaradacağı gözlənilir.
Bundan əvvəl “Starlink” Tacikistanda fəaliyyətə başlayıb, Qazaxıstanda isə xidmət “Beeline Kazakhstan” vasitəsilə korporativ müştərilər üçün qismən əlçatandır.