Gürcüstana səfər etmək istəyənlər bilet pulundan əlavə 12 manat da ödəyəcəklər  

10:03 - 22.05.2026


22 may, Fineko/abc  Gürcüstana səfər etmək istəyən şəxslər artıq məcburi səfər sığortası əldə etməlidirlər.

ABC.AZ xəbər verir ki, yeni qaydalara əsasən, sığortası olmayan şəxslər cərimələnə və ölkəyə girişlərinə məhdudiyyət qoyula bilər.

Gürcüstanla dəmiryolu nəqliyyatının bərpa edilməsi  bu məsələni yenidən gündəmə gətirib.

Vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Qatar reyslərinin bərpasından sonra sığortaya tələbat artıb.

O da bildirilir ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir. Bununla yanaşı sığortalı vətəndaş tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilər.

Qeyd edək ki, bu qaydalar yanvarın 1-dən Gürcüstan tərəfindən tətbiq edilib.