12:17 - 21.05.2026
21 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycandan xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarının sayı barədə məlumatları aıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,8 faiz azalaraq 602,4 min nəfər olub.
Vətəndaşlarımızın 40,8 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox), 16,8 faizi Rusiya Federasiyasına (1,0 faiz az), 10,8 faizi Gürcüstana (7,1 faiz az), 7,9 faizi İrana (31,4 faiz az), 23,7 faizi isə digər ölkələrə (12,1 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,7 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.