16:20 - 20.05.2026
20 may, Fineko/abc.az. Honkonq bu ilin iyul ayına qədər yeni qızıl klirinq sistemini işə salmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Honkonqun bu addımı şəhərin qiymətli metalların ticarəti üzrə qlobal mərkəzə çevrilmək planlarından xəbər verir. Mexanizm dünyanın ən iri qiymətli metallar bazarı olan Londonun maliyyə infrastrukturunu əks etdirəcək və iştirakçılara əməliyyatlar üzrə hesablaşmaları bölüşdürülməmiş hesablar vasitəsilə həyata keçirməyə imkan verəcək. Belə hesablar likvidlik üçün vacib olan daha sürətli və genişləndirilə bilən ticarəti həyata keçirməyə şərait yaradır.
Qeyd olunur ki, Honkonq özünü ticarət, maliyyələşdirmə və saxlama mərkəzi kimi tanıtmaq səyləri çərçivəsində Çinə dost olan bir sıra mərkəzi bankları klirinq sistemində iştirak etməyə dəvət edib. Xüsusi inzibati rayon, həmçinin Şanxay Qızıl Birjası ilə əməkdaşlıq müqaviləsi imzalayıb və üç il ərzində qızıl saxlama gücünü 2000 tona qədər artırmağı planlaşdırır.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026