Azərbaycana göndərilən pul köçürmələrinin həcmi artdı

14:51 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət tərəfdaşlarının iqtisadi artım tempi ölkədə pul köçürmələrinin artmasına təsir göstərmişdir.

Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin icmalına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkəyə pul köçürmələri həcmi 998 milyon dollar təşkil edib.

Eyni zamanda, 2017-ci ilin yanvar-sentyabr aylarında 755 milyon dollar, 2016-cı ilin 9 ayı ərzində isə 661 milyon dollara köçürülmüşdür.