17:57 - 15.05.2026
15 may, Fineko/abc.az. Türkiyə Kapadokiya bölgəsində tematik turizmə investisiyaları dəstəkləməyi planlaşdırır. Bu çərçivədə daha yüksək gəlirli turistləri cəlb etmək üçün şərabçılıq və xalçaçılıq muzeylərinin yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, AHİKA agentliyi tərəfindən həyata keçirilən proqram investisiyaların 50%-dək hissəsini əhatə edən vergi güzəştləri, qrantlar və subsidiyalar, həmçinin kredit dəstəyi və torpaq sahələrinin ayrılmasını nəzərdə tutur.
Gözlənilir ki, yeni mədəni obyektlər “keyfiyyətli turistlərin” axınını artıracaq, onların bölgədə qalma müddətini 2 gündən 4 günə qədər uzadacaq və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Ötən il bölgəni 4,5 milyon nəfər ziyarət edib.