12:22 - 6.05.2026
6 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Yelobank" ASC-nin Avropa İttifaqının 20-ci sanksiya paketində qeyd olunması ilə əlaqədar hər hansı problemin mövcudluğunu görmir.
ABC.AZ-ın məlumatına görə, bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransı zamanı bildırib.
Onun sözlərinə görə, AMB adıçəkilən bankla və maliyyə institutu ilə mütəmadi əlaqə saxlayır.
T.Kazımov Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalara görə ödəniş prosesində müəyyən çətinliklərin yarana biləcəyini istisna etmir:
"Lakin son həftələrdə bankla müvafiq ödənişlər həyata keçirilir və hər hansı bir problemlə üzləşilməyib. Səbəblərin aydınlaşdırılması məqsədilə həm bank, həm də Mərkəzi Bank birgə və ayrı-ayrılıqda aidiyyəti qurumlara müraciət edib və bu prosesi hüquqi çərçivəyə gətirmək üçün addımlar davam etdiriləcək".
Müəllif: Elmir Muradov