Əhalinin manata inamı artıb - Taleh Kazımov

11:56 - 6.05.2026


6 may, Fineko/abc.az. Bu ilin mart-aprel aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraca keçirməyib.

ABC.AZ xəbər verir ki, bunu tənzimləyici qurumun rəhbəri Taleh Kazımov mətbuat konfransında bildirib.

O bunun səbəbini belə izah edib:

"Valyuta bazarında təklif tələbi üstələyib. Odur ki, biz apreldə bazara 1 milyard ABŞ dolları məbləğində alışyönümlü müdaxilə etdik. Biz dedollarlaşma proseslərinin davamını müşahidə edirik. Mart ayının nəticələrinə əsasən dollarlaşma səviyyəsi rezident fiziki şəxslərin əmanətlərində 37-38 %-ə düşüb. Bu isə ilin əvvəlinə nisbətən 2,1 faiz bəndi azalma deməkdir. Ümumiyyətlə həm nağd bazarda, həm qeyri-nağd valyuta bazarında biz əhalinin manata inamının artmasını, gözləntilərin sabit olmasını müşahidə edirik".

Müəllif: Elmir Muradov