16:48 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Mühüm dəyişikliklərdən biri rəqəmsallaşmadır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, əgər 2015-ci illərdə sahibkarlıq daha çox ənənəvi üsullarla fəaliyyət göstərirdisə, bu gün elektron qeydiyyat, onlayn xidmətlər və rəqəmsal platformalar biznes mühitinin ayrılmaz hissəsinə çevrilib.
Bu isə sahibkar üçün həm vaxt, həm də resurs baxımından ciddi üstünlüklər yaradır.
Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin 76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.