"Megalink" MMC-nin fəaliyyətinə xitam verilir

17:18 - 28.04.2026


28 aprel, Fineko/abc.az. "Megalink" MMC fəaliyyətinə xitam verərək "Uninet" MMC-yə qoşulduğunu elan edib.

ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar "Uninet" yenidən təşkil olunur.

Xatırladaq ki, "Uninet" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 195,822 milyon manatdır.