21:45 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı adətən 6 aylıq müddətə yenilənən fərdi sanksiyaların qüvvədə olma müddətini fikir ayrılıqları səbəbindən yalnız bir həftə — 22 sentyabr tarixinədək uzadıb.
Anlaşmazlığa səbəb Fransa və Slovakiyanın özbək mənşəli rusiyalı milyarder Alışer Usmanovun sanksiya siyahısından çıxarılması tələbi olub. Digər üzv ölkələrlə konsensus əldə olunmadığı üçün 3 minə yaxın fiziki və hüquqi şəxsi əhatə edən siyahının mövcud forması sentyabrın 22-dək qüvvədə saxlanılıb.
Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildən bəri Aİ ilk dəfədir ki, fərdi sanksiyaları bu qədər qısa müddətə uzadır. Qərarların qüvvəyə minməsi və ya yenilənməsi üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur. Məsələyə gələn həftə keçiriləcək diplomatik görüşdə yenidən baxılacaq.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026