2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4% artım gözlənilir

12:20 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala yönələn investisiyaların həcmində 2,4 faiz artım olacağı proqnozlaşdırılır.

Hökumətin qiymətləndirmələrinə görə, ortamüddətli dövrdə ölkə iqtisadiyyatına kapital qoyuluşlarının orta illik artım tempi 2,2 faiz səviyyəsində saxlanılacaq.