14:21 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton metanol (metil spirti) istehsal edilib ki, bu da ölkənin Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,8 % azdır. Sentyabrın 1-i vəziyyətinə ölkədə 37 min ton hazır məhsul qalığı qeydə alınıb.
Metanol Bakının Qaradağ rayonunda yerləşən SOCAR-ın Metanol Zavodunda istehsal olunur. 2013-cü ildə istismara verilən müəssisə 2016-cı ildən "SOCAR Metanol" MMC-nin idarəçiliyində fəaliyyət göstərir və 2017-ci ilin avqustundan şirkətin mülkiyyətinə keçib. Xammal olaraq təbii qaz və duzsuzlaşdırılmış sudan istifadə edən zavodun illik istehsal gücü 650-700 min ton təşkil edir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026