Azərbaycanda yükdaşımalar və nəqliyyat sektorunun gəlirləri artıb

11:59 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 162 milyon 739,4 min ton yük daşıyıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 738,3 min ton və ya 3 % çoxdur.

Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sektorunda 10 milyon 931,9 min manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,7 % çox gəlir əldə edilib.