"Fitch" SOCAR-ın kredit reytinqini regionun neft-qaz nəhəngləri ilə müqayisə etdi

12:28 - 15.09.2026


15 Sentyabr, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil kredit profilini (SCP) "bb" səviyyəsində qiymətləndirərək onu regionun digər dövlət neft-qaz şirkətlərinin analoji göstəriciləri ilə müqayisə edib.

Agentliyin təhlilinə əsasən, müqayisəli mənzərə aşağıdakı kimidir:

"KazMunayQaz" (Qazaxıstan): SOCAR-ın müstəqil kredit profili "KazMunayQaz"ın göstəricisi ("bb") ilə eyni səviyyədədir. SOCAR miqyasca bir qədər böyük olsa da, Qazaxıstan şirkəti daha aşağı borc yükünə malikdir. SOCAR-ın biznes profili həm də maliyyə şəffaflığındakı məhdudiyyətlərlə şərtlənir.

"Özbəkneftqaz" və "QazaqGaz": SOCAR-ın göstəricisi "Özbəkneftqaz" ("b") və "QazaqGaz"ın ("b") müstəqil reytinqlərini üstələyir. Buna səbəb "Özbəkneftqaz"ın aşağı mənfəətliliyi və yüksək borc yükü, "QazaqGaz"ın isə konsolidə edilmiş fəaliyyətindəki aşağı mənfəətlilik göstəriciləridir.

"OQ S.A.O.C." (Oman): SOCAR-ın müstəqil kredit profili Omanning "OQ" şirkətinin göstəricisindən ("bbb-") 2 pillə aşağıdır. Bu, "OQ" şirkətinin daha aşağı borc yükünə və daha yüksək maliyyə şəffaflığına malik olması ilə əlaqədardır.

Qeyd edilib ki, SOCAR, "KazMunayQaz", "OQ" və "Özbəkneftqaz"ın yekun reytinqləri mənsub olduqları ölkələrin suveren reytinqləri ilə bərabərləşdirilib.