21:37 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. ABŞ-da süni intellekt (AI) texnologiyalarının inkişaf tempini nəzarətə almaq çağırışları fonunda "Anthropic", "Google" və "OpenAI" şirkətlərinin vahid sənaye standartları qurumu yaratmaq üçün danışıqlar apardığı bildirilir.
Şirkət rəhbərləri AI modellərinin bazara çıxarılmasından öncə müstəqil sınaqlardan keçirilməsi və təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsi təşəbbüsünü dəstəkləyirlər. Sənaye liderləri texnologiyanın nəzarətsiz böyüməsinin risklərini nəzərə alaraq inkişaf tempini tənzimləmək üzrə ortaq məxrəcə gəlməyi hədəfləyirlər.
"Anthropic" şirkətinin rəhbəri Dario Amodei texnologiyanın həddindən artıq sürətlə irəliləməsinin nəzarət imkanlarını aşa biləcəyi xəbərdarlığını edərək, inkişafın müəyyən dərəcədə ləngidilməsini və Çinə çip ixracı məhdudiyyətlərinin gücləndirilməsini təklif edib. "OpenAI" rəhbəri Sem Altman və İlon Mask bu çağırışı dəstəklədiklərini bəyan ediblər. "Google DeepMind" rəhbəri Demis Hassabis də dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində AI standartları agentliyinin qurulmasının vacibliyini vurğulayıb.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026