12:29 - 27.04.2026
27 aprel, Fineko/abc.az. X ABŞ-da X Money adlı ödəniş xidmətinin istifadəyə verilməsinə hazırlaşır. Servis pulsuz pul köçürmələri, 3%-ə qədər cashback və əmanətlər üzrə 6%-ə qədər gəlirlilik təklif edəcək.
ABC.AZ xəbər verir ki, həmçinin süni intellekt əsaslı “konsyerj” xidməti və istifadəçi hesabı ilə əlaqəli Visa bank kartı da planlaşdırılır.
Lakin layihə tənzimləyici məhdudiyyətlərlə üzləşir: bütün ştatlarda lisenziyalar alınmayıb, həmçinin hakimiyyət və qanunvericilər sistemin etibarlılığı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Buna baxmayaraq, platforma 600 milyon istifadəçi bazasına və bloger ödəniş sistemi ilə inteqrasiyaya ümid edir.