14:06 - 7.04.2026
7 aprel, Fineko/abc.az. -(özəl xəbər)- Son günlər ölkədə, əsasən də paytaxt və ətrafında yağış tək fərdi evlər, küçələrdə fəsad yaratmayıb.
Davamlı yağan yağışların küçələrdə dolub qalması avtomobillərə də problem yaradıb.
Belə ki, bir çox avtomobil su altında qaldığından müəyyən detallarına ziyan dəyib. Bu isə insanlarda avtomobillərin ehtiyat hissələrinin bahalaşacağı ehtimalını artırır.
Belə bir artımın ola bilmə ehtimalını dəqiqləşdirmək üçün ekspert Eldəniz Cəfərova sual ünvanladıq.
Ekspert ABC.AZ-a sözügedən məsələni şərh edərək bildirdi ki, ehtiyat hissələrinin qiymətinə sadalanan yox, başqa amillər təsir edir.
Onun sözlərinə görə, hazırda bununla bağlı narahatlığa əsas yoxdu:
"Sel olması və ya şəhərdə müəyyən yollarda su basması ilə əlaqədar maşınlarda nasazlıqların yaranması ehtiyat hissələrinin qiymətini yüksəltmir. Düzdür müəyyən mənada bəzi ehtiyat hissələrinə tələb arta bilər, amma məsələ ondadır ki, burda hər hansı konkret bir modelin bir ehtiyat hissəsi sıradan çıxmır ki, həmin, ehtiyyat hissəsinin qıtlığı yaransın və onun da qiyməti yüksəlmiş olsun. İstismar olunan avtomobillər fərqlidi, sıradan çıxmış ehtiyat hissələri də fərqlidi. Həmçinin, elə avtomobillər var ki, sıradan çıxsa da, onun ehtiyat hissəsini dəyişmədən də onu təmin etmək mümkün olur. Yəni, bu son hadisələrə görə ehtiyat hissələrinin kütləvi bahalaşması gözlənilmir".
Müəllif: Elmir Muradov
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026