13:58 - 25.07.2026
25 iyul, Fineko/abc.az. "Financial Times" qəzetinin verdiyi məlumata görə, "Alphabet"in törəmə şirkəti olan "Waymo" "Uber" ilə birgə yürütdüyü robotaksi tərəfdaşlığından ayrılmaq variantlarını nəzərdən keçirir.
Şirkət "Uber"ə 2028-ci ilin yanvar ayından etibarən Ostin və Atlanta şəhərlərində müqavilənin verdiyi hüquqlar çərçivəsində müstəqil fəaliyyət göstərməyi planlaşdırdığını bildirib.
Hazırda "Uber" öz tətbiqi vasitəsilə ABŞ-ın bu iki şəhərində "Waymo"nun sürücüsüz avtomobilləri ilə sərnişindaşıma xidməti təklif edir. Bu xəbərin fonunda "Uber"in Nyu-York birjasındakı səhmləri 4,8% geriləyərək 65,61 dollara düşüb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026