22:59 - 23.07.2026
23 iyul, Fineko/abc.az. "Ford Motor Company" və Çinin "Geely Automobile Holdings" şirkəti İspaniyanın Valensiya şəhərindəki "Ford" zavodunda Avropa bazarı üçün avtomobil istehsal edəcək birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
İdarəetmə payının 66%-i "Ford"a, 34%-i isə "Geely"yə məxsus olacaq müəssisənin 2027-ci ildə fəaliyyətə başlaması və ilk avtomobillərin 2028-ci ildə konveyerdən çıxması planlaşdırılır.
Zavodda müxtəlif güc aqreqatlarına malik krossover, "Bronco" ailəsinə aid yeni kompakt SUV və "Geely" brendinin iki elektrikli SUV modeli istehsal olunacaq. Layihə zavodun istehsal gücündən maksimum istifadə etməyi və xərcləri azaldaraq rəqabətqabiliyyətliliyi artırmağı hədəfləyir.
Bu müddətdə "Ford Kuga" modelinin istehsalı fasiləsiz davam edəcək.