12:01 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Samsung Electronics martda başa çatan rüblük dövr üçün 57,2 trln von ($37,9 mlrd) əməliyyat mənfəəti açıqlayıb. Bu göstərici əvvəlki ilin nəticəsini 8 dəfədən çox və analitiklərin 39,3 trln von səviyyəsindəki proqnozundan xeyli yüksəkdir.
ABC.AZ xəbər verir ki, artım əsasən yüksək sürətli yaddaş və məlumat emalı mərkəzləri üçün mikroçiplərə olan sifarişlər hesabına təmin olunub. Belə ki, onların istehsalı ümumi əməliyyat mənfəətinin təxminən 90%-ni təşkil edib. Şirkətin gəliri 133 trln von olub, proqnoz isə 116,8 trln von idi.
Samsung-un səhm qiymətləri 4,9% artıb, rəqibi SK Hynix-in səhm qiymətləri isə 5,3% yüksəlib, bu da investorların inamının bərpasını göstərir.