Fevral ayında bank sektorunda çalışanların sayı 27 277 nəfər təşkil edib

14:28 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Hesabat ayının sonuna bank sektorunda çalışanların sayı 27 277 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında bank işçilərinin sayı 27 235 nəfər olub ki, bu da aylıq müqayisədə 42 nəfərin artması deməkdir.

28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM lərin sayı 3 507 olub.