14:59 - 19.03.2026
19 mart, Fineko/abc.az. Martın 17-nə olan vəziyyətə görə, ABŞ federal hökumətinin ümumi borcu bir gün ərzində 24 milyard dollardan çox artaraq 39,016 trilyon dollara çatıb.
ABC.AZ xəbər verir ki, sosial proqramlara çəkilən xərclər, öhdəliklərin yerinə yetirilməsi və faiz ödənişləri səbəbindən borcun artımı sürətlənir.
Ekspertlər xəbərdarlıq edirlər ki, hazırkı dinamika saxlanılarsa, dövlət borcu növbəti onilliyin əvvəlinə qədər ÜDM-in 140%-nə çata bilər. Bu isə qlobal bazarlarda "domino effekti" yarada və digər ölkələr üçün borclanma xərclərinin bahalaşmasına səbəb ola bilər.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026