13:13 - 16.11.2018
16 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirəcəyini elan edib.
AMB-in məlumatına görə, depozit hərracı 19 noyabr 2018-ci il tarixində Bloomberg ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsilə 7,76% – 9,74% dərəcə ilə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.
AMB hərracları 13 iyun 2016-cı il tarixindən etibarən keçirir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026