Cari il bank xidmətlərindən daha effektiv faydalanmaq üçün əlverişli dövr olacaq - ABA rəhbəri

14:54 - 10.03.2026


10 mart, Fineko/abc.az. Azərbaycanda kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu  Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə bank sektoru üçün əsas gözləntilərdən biri banklar arasında rəqabətin daha da güclənməsi olacaq.

Z. Nuriyev qeyd edib ki, xüsusilə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.

ABA rəhbərinin sözlərinə görə, bu isə nəticə etibarilə müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına, daha münasib kredit imkanlarının və daha cəlbedici depozit məhsullarının təqdim olunmasına gətirib çıxaracaq.

O bildirib ki, bu baxımdan cari il həm fərdi müştərilər, həm də biznes subyektləri üçün bank xidmətlərindən daha effektiv faydalanmaq baxımından əlverişli dövr olacaq.